#prokurorluqdanizah: Vətəndaşları işə düzəltmək adı ilə dələduzluqla məşğul olan şəxslərlə bağlı videomüraciət edilib
07.07.2022 [12:53]
Xəbərin mətni
Prokurorluq orqanları modern dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşyönümlü, onu məmnun edən tədbirləri daim diqqət mərkəzində saxlayır.Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, vətəndaş məmnunluğu və aşkarlığın təmin olunması məqsədilə prokurorluğun fəaliyyət istiqamətləri ilə bağlı vətəndaşları maraqlandıran məsələlərin prokurorluq əməkdaşları tərəfindən videoçarxlar vasitəsilə #prokurorluqdanizah həştəqi altında cavablandırılması həyata keçirilir.