Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fumio Kişida: Şinzo Abenin vəziyyəti ağır olaraq qalır

08.07.2022 [12:03]

Xəbərin mətni

İyulun 8-də silahlı hücuma məruz qalan sabiq Baş nazir Şinzo Abenin vəziyyəti ağır olaraq qalır.AZƏRTAC xəbər verir ki, bunu Yaponiyanın Baş naziri Fumio Kişida Tokioda təşkil edilən mətbuat konfransında deyib.