DÜNYA


İspaniyada buğa qaçışı zamanı beş nəfər yaralandı

Koronavirus epidemiyası səbəbindən iki illik fasilədən sonra bu il yenidən təşkil edilən İspaniyadakı məşhur San Fermin Festivalının ikinci günündə buğa qaçışı keçirilib. Şəhər küçələrindən arenayadək olan 850 metrlik yolda keçirilən qaçışda yüzlərlə insan iştirak edib. Qırmızı Xaç rəsmiləri tədbir zamanı ümumilikdə 5 nəfərin yaralanaraq xəstəxanaya aparıldığını qeyd ediblər.