CƏMİYYƏT


Neftçalalı pambıqçılar sahələrdə məhsuldarlığın yüksək olacağını gözləyirlər

Azərbaycanda pambıqçılığın inkişafına böyük diqqət göstərilir. Son illərdə kənd təsərrüfatı məhsulları istehsalçıları üçün tətbiq olunan güzəştlər pambıqçılığın inkişafını yeni mərhələyə yüksəldib, bu sahəyə investisiyaların cəlb olunmasına və pambıq istehsalına marağı artırıb. Respublikamızın bütün pambıqçılıq rayonlarında olduğu kimi, Neftçala da bu sahə diqqət mərkəzindədir.