DÜNYA


Türkiyədə Qurban bayramı böyük coşqu ilə qeyd edilir

Müsəlmanların yaşadığı hər bir ölkədə olduğu kimi, qardaş Türkiyədə də Qurban bayramı böyük coşqu ilə qeyd edilir.
AZƏRTAC xəbər verir ki, bayram münasibətilə əhali küçələrə, məscidlərə axın edib. Ayasofya məbədində gecə saatlarında izdiham müşahidə olunub. Məsciddə bayram namazında iştirak etmək məqsədilə ölkənin fərqli vilayətlərindən olduğu kimi, müxtəlif ölkələrdən də İstanbula gələnlər var.