Kürdəmirdə narkotik xassəli bitkilər becərən şəxs saxlanılıb
09.07.2022 [16:12]
Xəbərin mətni
Kürdəmir rayonunda narkotik xassəli bitkilər becərən şəxsi polis elə iş başında yaxalayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb. Belə ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı kənd sakini Səmədzadə Həsrət Hacıqulu oğlu yaşadığı evdə saxlanılıb.