Azərbaycan Dövlət İnformasiya Agentliyi

Daşları danışdıran rəssam

10.07.2022 [12:38]

Xəbərin mətni

Ədalət Pirverdiyev (Elman) daş üzərində oyma sənəti üzrə ölkəmizdə ən tanınmış rəssamlardandır. 14 yaşından daşların sehrinə düşən xaçmazlı rəssamın indi 500-dən çox əl işi var.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu olan Ədalət Piverdiyev daha çox portret, abstrakt və mənzərə janrlarına üstünlük verir. O, Azərbaycanın bir çox siyasi, ictimai, mədəniyyət və incəsənət xadiminin, eləcə də görkəmli şair və yazıçısının portretlərini daş üzərinə həkk edib.