Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şabranda havanın küləkli olması yanğının söndürülməsinə mane olur

11.07.2022 [10:37]

Xəbərin mətni

Şabran rayonu, Ağalıq kəndi ərazisində əkin sahəsində başlayan yanğın sonradan havanın küləkli olması səbəbindən meşə fondu torpağına keçib.Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) AZƏRTAC-a verilən məlumata görə, hadisə yerində olan Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov bildirib ki, hazırda ETSN-nin yerli qurumları, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və kənd sakinləri tərəfindən yanğının söndürülməsi və digər ərazilərə keçməsinin qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlər görülür.