CƏMİYYƏT


Balakəndə yeni subartezian quyusu qazılır və dağ çaylarında mühafizə tədbirləri görülür

Balakən Suvarma Sistemləri İdarəsi kənd təsərrüfatı bitkilərini suvarma suyu ilə təmin edir və selə qarşı mübarizə tədbirlərini həyata keçirir. Carti ilin 5 ayı ərzində daş-beton bəndlərdə rayonun şəhər ərazisinin mühafizəsi üçün 200 kubmetr həcmində təmir işləri yekunlaşıb. Əlavə olaraq şəhər ərazisi üçün 1300 kubmetr, Salban kəndini mühafizəsi üçün isə 700 kubmetr həcmində cari təmir işləri üçün hazırlıq işlərinə başlanıb. Eyni zamanda suvarmada su itkisinin qarşısının alınması və səmərəliliyin artırılması məqsədilə 3 kilometr uzunluğunda torpaqməcralı kanalın beton üzlüyə alınması işləri üçün hazırlıqlara başlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır