CƏMİYYƏT


Şabranda 15 hektar meşəlik, 40 hektar biçilmiş əkin sahəsi yanıb

Şabran rayonunun Ağalıq kəndi yaxınlığında baş verən yanğın söndürülüb.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iyulun 10-u axşam saatlarından başlayan yanğın nəticəsində ümumilkdə 40 hektar sahədə biçilmiş əkin sahəsi və 15 hektar sahədə kol-kos və ağaclar yanıb. Digər biçilmiş, habelə biçilməmiş əkin sahələri, sıx meşəlik ərazi, ictimai-iaşə və kommunikasiya obyektləri yanğından mühafizə olunub.