CƏMİYYƏT


Cəlilabadda bu günədək 180 min tondan çox taxıl istehsal olunub

Ölkənin iri taxılçılıq rayonlarından olan Cəlilabadda taxıl biçini kampaniyası yekunlaşmaq üzrədir. Hazırda rayonun dağətəyi və dağlıq ərazilərində biçin işləri aparılır. Sahələrdə yetişdirilən bol məhsulu vaxtında və itkisiz toplayan fermerlər tarlalarda artıq yay şumuna başlayıblar.