Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yanğınsönürənlər alovu ram etməklə yanaşı köməksiz vəziyyətdə qalan heyvanları da xilas edib

12.07.2022 [12:14]

Xəbərin mətni

Meşə yanğınları zamanı yaşıllıqlarla yanaşı həmin ərazidə yaşayan yırtıcı heyvanların və quşların yuvaları da məhv olur. Yanğınsönürənlər alovu ram etməklə yanaşı köməksiz vəziyyətdə qalan heyvanları da xilas etməyi özlərinə borc bilirlər. Xaçmazda meşə massivində qeydə alınan yanğın ərazisində anasından ayrı düşmüş çaqqal balası aşkarlanıb. Güclü yanğınla mübarizə aparan yangınsöndürənlər körpə çaqqal balasını alovun pəncəsindən xilas edərək təhlükəsiz əraziyə çıxarıblar. Yanğınsöndürənlərin bu hərəkəti hamı tərəfindən rəğbətlə qarşılanıb.