CƏMİYYƏT


İsmayıllıda yeni ailə həyatı quran cütlük qəzaya düşüb, qadın yaralanıb, həyat yoldaşı isə ölüb

İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, faciəli hadisə Qaraməryəm-İsmayıllı yolunda, rayonun Qarakolluq kəndi ərazisində olub. Belə ki, betonqarışdıran maşın qarşı tərəfdən gələn Göyçay rayonunun Alxasava kənd sakini, 1992-ci il təvəllüdlü Şükran Cəfərovun idarə etdiyi "VAZ 2104" markalı minik avtomobilinə çırpılıb. Yük avtomobilinin sürücüsü həmin an nəqliyyat vasitəsini dayandıra bilmədiyi üçün betonla dolu maşın "VAZ 2104"ün üstündən keçərək faciəyə səbəb olub. Hadisə zamanı minik avtomobilinin sürücüsü Şükran Cəfərov aldığı ağır xəsarətlər səbəbindən ölüb, həyat yoldaşı isə yaralanıb və xəstəxanaya aparılıb.