DÜNYA


Tokioda sabiq Baş nazir Şinzo Abenin dəfn mərasimi başlayıb

İyulun 8-də silahlı hücum nəticəsində qətlə yetirilən Yaponiyanın sabiq Baş naziri Şinzo Abenin dəfn mərasimi iyulun 12-də Tokionun Cogogi məbədində başlayıb.AZƏRTAC xəbər verir ki, mərasimin məbəddə qapalı rejim şəraitində təşkil olunmasına baxmayaraq, yüzlərlə insan hökumətin sabiq başçısının xatirəsinə ehtiramlarını bildirmək üçün buraya gəlir. Məbəd ərazisində Ş.Abenin fotosunun olduğu xüsusi masaya yaxınlaşan insanlar ona ehtiramlarını ifadə edərək gül dəstələri qoyurlar.