Gürcüstanda yaşayış binasında yanğın baş verib
12.07.2022 [19:29]
Gürcüstanda Tbilisinin mərkəzindəki Tamar Mepe prospektində yaşayış binasında yanğın baş verib. Günorta saatlarından üçmərtəbəli binada başlayan yanğının səbəbi hələ məlum deyil. Hadisə yerinə 20-yə qədər yanğınsöndürmə briqadası səfərbər edilib.