SİYASƏT


“Tovuz döyüşlərindən möhtəşəm Zəfərə doğru!” adlı vətənpərvərlik tədbiri keçirilib

Azərbaycan Ordusunda Tovuz döyüşlərinin ikinci ildönümünə həsr olunmuş anım mərasimləri keçirilir, şəhid məzarları ziyarət olunur, şəhid ailələrinə baş çəkilir və bu döyüşlərin hərb tariximizdə tutduğu yer geniş təbliğ olunur.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Tovuz rayonundakı “N” hərbi hissəsində keçirilən “Tovuz döyüşlərindən möhtəşəm Zəfərə doğru!” adlı vətənpərvərlik tədbirində nazirliyin rəsmiləri, hərbi qulluqçular, Qazax, Tovuz, Ağstafa, Gədəbəy, Şəmkir rayonlarından dəvət olunan şəhidlərin ailə üzvləri, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri və incəsənət xadimləri iştirak ediblər.