CƏMİYYƏT


Tovuzda gənclər arasında düşən mübahisə qanlı sonluqla nəticələnib

Tovuz rayonunda kütləvi davanın sonu ölümlə bitib. Hadisə rayonun Aşağı Quşçu kəndindəki çay evlərinin birinin qarşısında qeydə alınıb. Kütləvi dava zamanı tərəflər bir-birinə bıçaq zərbələri endiriblər.
AZƏRTAC xəbər verir ki, mübahisə zəminində düşən kütləvi dava zamanı 35 yaşlı Anar Tağıyev, 39 yaşlı Vüsal Əhmədov və 35 yaşlı Nizami Vəliyev bıçaqlanıblar. Sonuncu aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Tovuz Rayon Mərkəzi Xəstəxanasının həkimi Kəmalə Abbasova bildirib ki, xəstəxanaya iki bıçaq xəsarətli şəxs daxil olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır