Hindistanda yağan güclü leysan nəticəsində azı 18 nəfər ölüb
13.07.2022 [10:47]
Xəbərin mətni
Hindistanın cənub-qərbində yağan güclü leysan nəticəsində azı 18 nəfər ölüb.
AZƏRTAC xəbər verir ki, şiddətli yağıntı Telanqana, Qucarat, Maharaştra və Madhya-Pradeş ştatlarında həyatı alt-üst edib. Güclü leysan səbəbindən bir çox ərazinin hələ də su altında qaldığı bildirilir.