Portuqaliyada meşə yanğınları tüğyan edir
13.07.2022 [13:54]
Xəbərin mətni
Portuqaliyada iyun ayından başlayan meşə yanğınları davam edir.AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, Leriya və Santaren rayonları meşə yanğınlarından daha çox zərər çəkib. Xilasedicilər qocalar evlərindəki yaşlı insanları təxliyə edirlər. Meteoroloqlar havanın artan hərarəti fonunda yanğınların daha geniş ərazilərə yayılacağından ehtiyatlanırlar. İyulun 13-14-də Alenteju vilayətində temperaturun 46 dərəcəyə çatacağı gözlənilir.