CƏMİYYƏT


Vətən müharibəsinin daha 68 iştirakçısı polis orqanlarında xidmətə qəbul olunub

İyulun 13-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sıra baxışında kütləvi informasiya vasitələrində əvvəlcədən verilmiş elana uyğun olaraq nazirliyə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 234 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb. Onlardan da 68 nəfəri Vətən müharibəsinin iştirakçısı olub.