CƏMİYYƏT


Qubada küləyin təsirindən aşan çinar ağacı elektrik, rabitə və qaz xətlərinə ziyan vurub

Qubada güclü küləyin təsirindən aşan irigövdəli çinar ağacı elektrik, rabitə və qaz xətlərinə ziyan vurub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Alekseyevka kəndində, Quba-Xaçmaz yolunun kənarında baş verib.
Çinar ağacının elektrik xətlərinin üstünə düşməsi nəticəsində 3 elektrik dirəyi yıxılıb, iki kəndə enerjinin verilişi kəsilib. Qırılan elektrik xətti Quba-Xaçmaz yolunun üstünə düşdüyündən nəqliyyat vasitələrinin hərəkətində müvəqqəti məhdudiyyət yaranıb.