Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şri-Lankada fövqəladə vəziyyət rejimi elan olunub

13.07.2022 [18:37]

Xəbərin mətni

Şri-Lankanın Baş naziri Ranil Vikramasinqh paytaxt Kolombo şəhərinin yerləşdiyi Qərb əyalətində komendant saatı, bütün ölkə ərazisində isə fövqəladə vəziyyət rejimi elan edib.AZƏRTAC Bloomberq agentliyinə istinadla xəbər verir ki, Baş nazir, həmçinin təhlükəsizlik xidmətlərinə iğtişaşlarda iştirak edən hər kəsin saxlanılması göstərişini verib.