CƏMİYYƏT


BNMİ əməkdaşları tərəfindən beynəlxalq narkoşəbəkənin üzvü olan daha 2 nəfər saxlanılıb

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları tərəfindən beynəlxalq narkoşəbəkənin üzvü olan daha 2 nəfər saxlanılıb onlardan 86 kiloqram narkotik maddə aşkar edilib.Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti xüsusi əməliyyat zamanı ölkə ərazisinə külli miqdarda narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gətirilməsini və paylanılmasını həyata keçirən daha iki nəfər saxlanılıb. Nəticədə qanunsuz dövriyyədən 86 kiloqram narkotik vasitə və psixotrop maddə çıxarılıb.