Göyçayda yolkənarı baş verən yanğın avtomobil qəzasına səbəb olub
14.07.2022 [11:16]
Xəbərin mətni
Göyçay rayonunda yol kənarında kol-kosun yanması avtomobil qəzasına səbəb olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə iyulun 13-də saat 17:30 radələrində rayonun Şıxbəyli kəndindəki yolda baş verib. Belə ki, böyük ərazini əhatə edən yanğının törətdiyi qatı duman hərəkətdə olan avtomobillərin sürücüləri üçün ciddi çətinliklər yaradıb. Rayon sakini 1961-ci il təvəllüdlü İlqar Mahmud oğlu Vəliyev də bu səbəbdən qəza törədib.