DÜNYA


Avropanın cənubunda irimiqyaslı meşə yanğınları artıb

Avropanın cənubunda yerləşən ölkələrin əksəriyyətində irimiqyaslı meşə yanğınları davam edir. Ən təhlükəli vəziyyət Portuqaliyada və İspaniyadadır. Artıq bir həftədir davam edən yanğınlarla əlaqədar Portuqaliyada bir neçə kəndin əhalisi təhlükəli ərazilərdən təxliyə edilib. Peyk müşahidələri göstərir ki, demək olar ki, bütün Aralıq dənizi hövzəsində yerləşən ölkələrin ərazisi hazırda təhlükə altındadır.