MƏDƏNİYYƏT


Reza Deqati peşə sirlərini gənclərlə bölüşüb

İyulun 14-də dünyaşöhrətli fotoqraf Reza Deqati gənclərlə görüşüb. AZƏRTAC xəbər verir ki, R.Deqati həvəskar fotoqraflarla öz peşə sirlərini bölüşüb. Master-klassdan öncə fotojurnalist onunla görüşə gələn gənclərin hər biri ilə tanış olub, onların bu sahəyə olan maraqlı fikirlərini dinləyib. Tanınmış fotoqraf iştirakçılara fotoaparatla işləməyə başlamazdan öncə ilk olaraq özünəməxsus imzanın seçilməsini tövsiyyə edib.