DÜNYA


Fransa milli bayramını - Bastiliyanın alınması gününü qeyd edir

İyulun 14-də Fransa milli bayramını - Bastiliyanın alınması gününü qeyd edir.
AZƏRTAC xəbər verir ki, milli bayram münasibətilə Parisdə Yelisey Çölləri prospektində parad keçirilib. Baş Qərargahın rəisi, ordu generalı Prezident Emmanuel Makrona parad barədə raport verib. Parad səhər saat 10-da paytaxt səmasında ölkənin üçrəngli bayrağının təsvirini göstərən qırıcı təyyarələrin uçuşu ilə başlayıb.