CƏMİYYƏT


İsmayıllıda yanğınlara qarşı qabaqlayıcı tədbirlərə həsr olunmuş maarifləndirmə tədbiri keçirilib

Meşə, əkin və biçilmiş taxıl sahələrində yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyini artırmaq, eləcə də qarşılıqlı fəaliyyəti təşkil etmək məqsədilə Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri tərəfindən İsmayıllıda “Meşə, əkin və biçilmiş taxıl sahələrində yanğınlara qarşı qabaqlayıcı tədbirlər” mövzusunda birgə maarifləndirmə tədbiri keçirilib. İsmayıllıdakı Heydər Əliyev Mərkəzində, daha sonra rayon ərazisində meşə massivi ilə əkin sahəsinin sərhədində - açıq havada təşkil olunan tədbirdə şimal-qərb bölgəsində fəaliyyət göstərən aidiyyəti dövlət qurumlarının nümayəndələri və təsərrüfat sahibləri iştirak ediblər.