Azərbaycan Dövlət İnformasiya Agentliyi

İstanbulun su qaynaqlarından birinin üzərində rəngli təbəqə əmələ gəlib

15.07.2022 [10:41]

Xəbərin mətni

İstanbulun su qaynaqlarından biri olan Sazlıbosna gölünün üzərində mavi və yaşıl rənglərdə təbəqə əmələ gəlib. Bu, mütəxəssislərin təşvişinə səbəb olub.
AZƏRTAC xəbər verir ki, suya xüsusi rəngli maye tökülməsi ehtimalı ilə bağlı aidiyyatı qurumlara xəbərdarlıq edilib. Bölgəyə cəlb olunan mütəxəssislər tərəfindən faktla bağlı araşdırma başlanıb.