Azərbaycan Dövlət İnformasiya Agentliyi

Monteneqroda ilk magistral avtomobil yolu istifadəyə verilib

15.07.2022 [12:42]

Xəbərin mətni

Balkan regionunda magistral avtomobil yolu olmayan yeganə ölkə Monteneqroda ölkənin ilk magistral yolunun ilk 41 kilometrlik hissəsi istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, magistral avtomobil yolunun istifadəyə verilməsi mərasimində Monteneqro Prezidenti Milo Cukanoviç və Baş nazir Dritan Abazoviç iştirak ediblər.