CƏMİYYƏT


Sumqayıtda avtoxuliqanlıq edərək yarış təşkil edən sürücülər həbs ediliblər

Sumqayıt şəhərində yol hərəkətini davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının həyatına real təhlükə yaradan və avtoxuliqanlıq hərəkətləri edən sürücülər saxlanılıblar. Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində həmin sürücülər - İsmayıl Musabəyli və Azər Kərimov müəyyən edilərək tutulublar. Hər iki sürücü şəhər ərazisində avtoxuliqanlıq edərək idarə etdikləri nəqliyyat vasitələri ilə yarış təşkil ediblər. Onların bu kobud qayda pozuntuları və digər sürücüləri təhlükə altına qoymaları təhlükəsizlik kameraları vasitəsi ilə də görüntülənib.