CƏMİYYƏT


Astarada Vətən müharibəsi qazisi ad günündə ailə həyatı qurub

44 günlük Vətən müharibəsi xalqımıza Qələbə sevincini yaşatmaqla bərabər, qəhrəman oğullarımızı da bizlərə tanıtmış oldu. Minlərlə igid oğullarımız Vətən uğrunda haqq savaşının iştirakçısı, şəhid və qazi oldular. Sonda əldə etdiyimiz möhtəşəm Qələbə Azərbaycan xalqının Vətənə necə bağlılığını, onun üçün gözünü qırpmadan canından keçməyə hazır olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi. 30 illik həsrətimizə son qoyan igidlərimiz düşməni torpaqlarımızdan qovaraq ayağından, qolundan, əlindən, gözündən oldular. Bu fikirlər Vətən müharibəsində sol gözünü itirən qazi Orxan Əlizadənin toyunda səsləndirilib.