DÜNYA


Hindistanın Qucarat ştatında daşqınlar 47 nəfərin həyatına son qoyub

Hindistanın qərbində yerləşən Qucarat ştatında son 24 saat ərzində musson yağışları və daşqınlar nəticəsində azı 3 nəfər ölüb, bununla da regionda təbii fəlakət qurbanlarının sayı 47 nəfərə çatıb.AZƏRTAC “Times of India” qəzetinə istinadla xəbər verir ki, iyulun 7-dən etibarən Qucarat ştatına yağan leysanlar illik yağıntı miqdarının 51 faizini təşkil edib. Tapi və Navari daşqınlardan ən çox zərər çəkən rayonlardır.