DÜNYA


Türkiyədə insanlar İstanbulda yerləşən “15 iyul Xatirə Kompleksi”nə axın edirlər

Türkiyədə insanlar 2016-cı il iyulun 15-də ölkədə baş verən dövlət çevrilişinə cəhd zamanı canından keçənlərin xatirəsinə ucaldılan “15 iyul Xatirə Kompleksi”nə axın edirlər.
AZƏRTAC xəbər verir ki, İstanbulun iki qitəsini birləşdirən “15 iyul” körpüsünün Asiya hissəsində yerləşən abidə kompleksinə gələnlər arasında yerli vətəndaşlarla yanaşı turistlər də var. Abidəni hər il minlərlə insan ziyarət edir.