Azərbaycan Dövlət İnformasiya Agentliyi

İsmayıllıda müxtəlif bitki sortlarının sınağına həsr olunan tarla seminarı keçirilib

16.07.2022 [11:18]

Xəbərin mətni

İyulun 15-də Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin İsmayıllı Dövlət Sort Sınaq Məntəqəsində müxtəlif bitki sortların sınağına həsr olunan tarla seminarı keçirilib. Tədbirdə Agentliyin rəhbərliyi, yerli sort müəllifləri, toxum idxalçıları, fermerlər və yerli qurum nümayəndələri iştirak ediblər.