Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hindistanda nadir ikibaşlı ilan tapılıb

16.07.2022 [12:08]

Hindistanda ikibaşlı ilan tapılıb. Hindistanın Deoli şəhərində (Racastan ştatı) məbədlərdən birinin yaxınlığında aşkarlanan 17,7 sm uzunluğunda nadir ilan videoya çəkilib. Yerli təbiəti mühafizə cəmiyyəti ilanın Hindistan, Nepal, Banqladeş, Pakistan və Şri-Lankada rast gəlinən və zəhərsiz olan xallı boa olduğunu bildirib.