SİYASƏT


Prezident İlham Əliyev: Qarabağ və Şərqi Zəngəzurla bağlı işlər arasında ərzaq təhlükəsizliyi də vacib məsələlərdəndir

Qarabağ və Şərqi Zəngəzurla bağlı işlər arasında ərzaq təhlükəsizliyi məsələləri də vacib məsələlərdəndir. Bu il bu problemlə nəinki biz, artıq bütün dünya üzləşib. İndi informasiya kanallarında, mətbuatda taxıl qıtlığı ilə bağlı geniş məlumat yayılır.AZƏRTAC xəbər verir ki, bu fikri Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə söyləyib.