SİYASƏT


Prezident İlham Əliyev: Gələn ilin büdcəsində mən əsas istiqamət olaraq yenə də sosial siyasəti görürəm

İndi artıq gələn ilin büdcəsi ilə bağlı iş başlamalıdır və hökumət bütün işlərə rəhbərlik etməlidir, bütün qurumlar arasında koordinasiya aparılmalıdır və gələn ilin büdcəsi qarşıda duran vəzifələri icra etmək üçün bizə imkan yaratmalıdır. Dürüstləşmədən sonra builki dövlət büdcəmiz məncə, Azərbaycan tarixində ən böyük büdcədir və biz istəyirik ki, artan imkanları maksimum səmərə ilə ölkəmizin inkişafına və insanların sosial rifahına yönəldək.