CƏMİYYƏT
Cəlilabaddan Bakıya 26 min manatlıq heroin gətirən şəxs saxlanılıb
16.07.2022 [13:26]
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı Cəlilabad rayonundan paytaxt ərazisinə satmaq məqsədi ilə külli miqdarda narkotik vasitə gətirən şəxs saxlanılıb. Əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş Vüqar Bayramov tutularaq Polis İdarəsinə gətirilib. Onun əlindəki idman çantasına baxış zamanı 2 ədəd bağlamada qablaşdırılan ümumi çəkisi 4 kiloqram olan narkotik vasitə heroin aşkar edilib. Həmin şəxs heroini 26 min manata sosial şəbəkədə tanış olduğu xaricdə yaşayan narkotacirlərin birindən onlayn yolla aldığını və satmaq məqsədi ilə paytaxta gətirdiyini bildirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
01.06.2023 [20:28]
01.06.2023 [20:23]
01.06.2023 [14:52]
01.06.2023 [16:42]
01.06.2023 [12:24]
29.05.2023 [21:54]
01.06.2023 [22:22]
01.06.2023 [22:00]