CƏMİYYƏT


Tovuzda avtomobil təmiri sexində yanğın baş verib

Tovuzda avtomobil təmiri sexində yanğın baş verib.
AZƏRTAC xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospekti ilə Aşıq Mikayıl Azaflı küçəsinin kəsişməsində Elburus Həsənova aid avtomobil təmiri sexində qeydə alınıb.
İlkin ehtimala görə, qısa qapanmadan yaranan alov təmir sexini ağuşuna alıb. Sexdə hadisə zamanı 5 avtomobil olub.