SLAYDŞOU


Qarpız kəsdim bal kimi...

Sabirabadda bostan məhsulları (qarpız, yemiş) yığımının qızğın çağıdır.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il rayonda 4102 hektar bostan bitkisi əkilib. Bunun 3440 hektarı qarpızdır. İndiyədək 1080 hektar sahədən 28857 ton məhsul yığılıb və hər hektara 267,2 sentner məhsuldarlıq əldə olunub.