DÜNYA
«Qırmızı brilyant» adlanan qoci giləmeyvəsi
Dünyada bir çox bitkinin, meyvənin, giləmeyvənin tibbi baxımdan faydası var. Amma onların bəziləri xüsusilə fərqlənir. Belə bitkilər arasında "Qırmızı brilyant" adlanan qoci giləmeyvəsi də var.
İnsan orqanizmi üçün olduqca faydalı olan qocinin vətəni Çin hesab olunur. Bu giləmeyvənin müxtəlif dövrlərdə aclıq illərində insanların köməyinə çatması barədə rəvayətlər, əfsanələr də var. Qoci ənənəvi Çin təbabətində həm də müxtəlif xəstəliklərin müalicəsində dərman bitkisi kimi istifadə olunur. Tərkibindəki mineralların və faydalı komponentlərin zənginliyinə görə, o, özünə rəqib tanımır. Qocidən istifadə əsəb və immun sistemini normaya salır, yuxususzluğu aradan qaldırır, maddələr mübadiləsini yaxşılaşdırır. Mütəxəssislər bu giləmeyvənin qanda şəkərin miqdarını azaldaraq şəkərli diabetin inkişafını əngəllədiyini və gözə çox xeyirli olduğunu da söyləyirlər.