CƏMİYYƏT


Laçın yaylaqlarına köç etmiş təsərrüfatlarda monitorinqlər aparılır

Kənd Təsərrüfatı Nazirliyi Laçın yaylaqlarına köç etmiş təsərrüfatların mövcud durumu ilə bağlı monitorinqlər aparır.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bu il Laçın yaylaqlarına ümumilikdə 239 arıçılıq təsərrüfatı köçürülüb. Təsərrüfatlar 24 kəndin ərazisində yerləşdirilib. Arı ailələrinin yaylaqlara aparılmasına may ayından start verilib, arıçı fermerlər tərəfindən yaylaqlara 15 min 100 arı ailəsi aparılıb.