DÜNYA
Çində Asiyanın ən böyük yük aeroportu fəaliyyətə başlayıb
18.07.2022 [11:28]
Çinin Hubey vilayətinin Ecou şəhərində Asiyanın ən iri yük aeroportu fəaliyyətə başlayıb.
AZƏRTAC xəbər verir ki, Çinin kuryer nəhənglərindən olan “SF Express” şirkətinin sifarişi ilə inşa edilən “Huahu” aeroportunda ilk uçuş iyulun 17-də yerinə yetirilib.
Dünyada bu kateqoriyadan 4-cü olan “Huahu” hava limanı Yantszı çayı və Mirvari çayı deltaları da daxil olmaqla, ölkə səviyyəsində 5 şəhər klasterinə 1,5 saat uçuş məsafəsində yerləşir. Hava limanı gündüz Pekin, Şanxay, Şencen, Siamen və Kunmin şəhərlərinə sərnişin, gecə isə yük daşınması üçün istifadə olunacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
03.06.2023 [21:02]
03.06.2023 [20:22]
03.06.2023 [20:56]
01.06.2023 [12:24]
29.05.2023 [21:54]