CƏMİYYƏT


“Moskva” ticarət mərkəzində qızıl piştaxtalarından oğurluq edən şəxslər saxlanılıblar

Paytaxtın Nəsimi rayonunda yerləşən “Moskva” ticarət mərkəzində qızıl-zinət əşyalarının satıldığı mağazalardan birindən oğurluq edilib. Naməlum şəxs əvvəlcə qızıl almaq adı ilə dəyəri 2500 manat olan 1 ədəd üzüyü barmağına taxıb. Daha sonra o, satıcının başının qarışıq olmasında istifadə edib və qızılı oğurlayaraq hadisə yerindən yayınıb. Ərazidə xidmət aparan Baş Mühafuizə İdarəsinin Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşlarına məlumat verilən kimi hadisəni törədən şəxs qısa zamanda saxlanılıb və ərazi üzrə 19-cu Polis Şöbəsinə təhvil verilib.