Ağstafa rayonunda qatar qəsəbə sakinini vuraraq öldürüb
18.07.2022 [18:32]
Xəbərin mətni
Ağstafa rayonunda qatar yerli sakini vuraraq öldürüb. Hadisə Vurğun qəsəbəsində qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, qəsəbə sakini 52 yaşlı Mətanət Əliyeva mal-qaranı dəmiryolu xətti üzərindən qarşı tərəfə keçirmək istəyən zaman qatar onu vurub. Qadın aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.