CƏMİYYƏT


Otuz illik həsrətin sonu: Ağalı kənd sakinləri doğma yurdlarına qayıtmağın sevincini yaşayırlar

Xəbər verdiyimiz kimi, iyulun 19-da Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa – Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə sakinlərin köçürülməsinə başlanılacaq. Otuz doğma yurdlarına qovuşmaq həsrəti ilə yaşayan məcburi köçkünlərimizin gözlədikləri bu tarixi gündən bizi cəmi bir neçə saat ayırır. İşğaldan azad olunan ərazilərə Böyük Qayıdış Zəngilan rayonunun Ağalı kəndinə on ailənin köçürülməsi ilə başlayacaq.