CƏMİYYƏT


Şəmkirdəki kanyonvari dərələr görənlərin marağına səbəb olur

Ölkəmizin hər guşəsi maraqlı relyefi, torpaq quruluşu ilə diqqət çəkir. Şəmkir rayonu ərazisində də insanların marağına səbəb olan belə təbii relyef var ki, minilliklər boyunca antropogen təsirlər olmadan formalaşan kanyonvari dərələrdir. Kür çayının təsirindən yaranan bu kanyonlar əsrarəngiz təbiət mənzərəsi ilə insanları valeh edir. Bir qədər Meksika və amerikadakı kanyonları xatırladan bu məkan tezliklə turizm məkanına da çevrilə bilər.