DÜNYA


Sinoptiklər Yaponiyanın qərbində güclü yağışlar barədə xəbərdarlıq ediblər

Yaponiyalı meteoroloqlar ölkənin qərbində güclü yağışlar barədə yerli əhaliyə xəbərdarlıq ediblər.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar 400 mindən çox sakinə təxliyə xəbərdarlığı göndərilib. Həmçinin region əhalisinə daşqınların və torpaq sürüşmələrinin ola biləcəyi barədə məlumat verilib.
Rəsmi mənbələrin bildirdiyinə görə, Yamaquçi, Fukuoka, Saqa və Oiça prefekturalarında fəal yağış buludlarının toplanması iyulun 18-19-da əraziyə güclü yağışlar gətirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır