Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bizans dövrünə aid döşəmə qalıqları aşkar edilib

19.07.2022 [17:05]

İzmirin Səlcuq rayonundakı Ayasuluk təpəsində aparılan arxeoloji qazıntılar zamanı təxminən 800 ilə aid məkan tapılıb. Aşkar edilən 12 kvadratmetrlik döşəmə örtüyü Müqəddəs İoann kilsəsinin ətrafındadır. AZƏRTAC xarici mediaya istinadla tarixi tapıltını təqdim edir.